Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib - FOTO

13:54 - 31 / 12 / 2020
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edilib.

1news.az bildirir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!"

1news.az

Paylaş:
553

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər