Həkim xərçəng xəstələrinin 650 min dollarlıq borclarını sildi
ABŞ onkoloqu müalicə etdiyi 200 xərçəng xəstəsinin Covid-19 pandemiyası səbəbiylə çətin vəziyyətdə qaldığı üçün 650 min dollar borcunu silib.
1news.az unikal.org-a istinadən bildirir ki, əslən pakistanlı olan həkim Ömər Atiqin davranışı yüksək qiymətləndirilib.
30 ildir ABŞ-ın Arkansas ştatında xərçəng xəstələrini müalicə edən həkim Ömər Atiq, keçən il ödənilməmiş borcları səbəbindən klinikasını bağlamaq məcburiyyətində qalıb.
"Good Morning America" televiziya şousuna danışan Atiq, "Zamanla ödəyə bilməyən insanların olduğunu anladım. Buna görə həyat yoldaşım və mən bu barədə düşündük və bütün borcları bağışlamağa qərar verdik",- deyə açıqlamasında qeyd edib.
1news.az
580