Dünya Bankı: Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya Bankı: Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq

10:41 - 06 / 01 / 2021
Dünya Bankı: Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq

Dünya Bankının yeni proqnozuna əsasən 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artacaq.

1news.az xəbər verir ki, bu barədə Dünya Bankının "Global Economic Prospects" hesabatında qeyd olunub.

Qeyd edək ki, sözügedən proqnoz bankın ötən ilin oktyabr gözləntisi ilə eynidir.

2020-ci ildə Dünya Bankı ölkədə ÜDM-in 5% azalacağını (oktyabr proqnozu 4,2% azalma), 2022-ci ildə isə 4,5% artacağını (oktyabr proqnozu 2,8% artım) gözləyir.

"Neft qiymətləri sabitləşdikcə və iqtisadiyyata investisiya və yenidənqurma xərcləri artdıqca Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Azərbaycanla Ermənistan arasındakı sülh bəyanatı isə bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcək", - hesabatda deyilir.

1news.az

Paylaş:
504

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər