Əlişir Usmanov İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Əlişir Usmanov İlham Əliyevi təbrik edib

17:04 - 07 / 01 / 2021
Əlişir Usmanov İlham Əliyevi təbrik edib

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası sanballı sosial-iqtisadi uğurlar qazanıb, daha da inkişaf etmək yolunda inamla irəliləyir və beynəlxalq arenada öz mövqelərini daim möhkəmləndirir.

Siz ölkənizin suverenliyini və ərazi bütövlüyünü təmin etmisiniz. İşinizə səmimi sədaqətiniz, həmvətənlərinizin rifahı naminə yorulmadan çalışmağınız, ədalətliliyiniz və sözünüzə sadiqliyiniz haqlı olaraq Sizə milyonlarla Azərbaycan vətəndaşının sevgisini və hörmətini qazandırıb.

İcazə verin, doğum gününüzlə əlaqədar Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gümrahlıq, bütün işlərinizdə uğurlar, xoşbəxtlik və firavanlıq diləyim!"

1news.az

Paylaş:
566

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər