ABŞ Konqresi Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq etdi | 1news.az | Xəbərlər
Dünya

ABŞ Konqresi Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq etdi

12:58 - 07 / 01 / 2021
ABŞ Konqresi Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq etdi

ABŞ Konqresi hər iki palatanın birgə iclasında Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq edib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, yeni seçilmiş prezident Co Bayden noyabrın 3-də keçirilmiş seçkilərdə 270-dən çox seçki kollegiyasının səsini qazanıb.

Konqresin palatalarının birgə iclası ötən gecə baş vermiş iğtişaşlardan sonra bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin andiçmə mərasimi yanvarın 20-ə planlaşdırılıb.

1news.az

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər