Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır”

15:46 - 08 / 01 / 2021
Ərdoğan: “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır”

“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib.

1news.az

Paylaş:
523

Son xəbərlər

Bütün xəbərlər