Növbəti 4 il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Növbəti 4 il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq

15:37 - 09 / 01 / 2021
Növbəti 4 il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq

2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncamla, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.

S.Xankişiyeva

 

Paylaş:
560

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər