Antimilli şuraya 2 sual: Harada idiniz müharibə dövründə və niyə ABŞ-dakı terrorçu Azərbaycanda günahsız olur? | 1news.az | Xəbərlər
Siyasət

Antimilli şuraya 2 sual: Harada idiniz müharibə dövründə və niyə ABŞ-dakı terrorçu Azərbaycanda günahsız olur?

17:22 - 09 / 01 / 2021
Antimilli şuraya 2 sual: Harada idiniz müharibə dövründə və niyə ABŞ-dakı terrorçu Azərbaycanda günahsız olur?

"İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə?"

Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə verdiyi bu sual yəqin ki, radikal müxalifət düşərgəsində tərs sillə effekti verdi. Zərbə elə dəqiqliklə qulaq dibinə işlədi ki, nə Əlisi, nə də Vəlisi başqa bir səs duydu. Vıyıltı imkan vermədi ki, verilən sualı eşidib yerin dibinə girsinlər. Bu səbəbdəndir ki, sualın cavabını da dövlət başçısı özü verməli oldu – "Qaçıb gizlənmişdilər…"!

* * *

2013-cü ilin yay ayları idi. Prezident seçkiləri yaxınlaşırdı. Hansısa formada bu seçkilərdə bir pərxaşlıq qatmaq lazım idi. "Nə edək, necə edək?!" var-gəllərindən sonra 3-4 ədəd başbilən birdən "Milli Şura" adlı qurama bir qurum qurdu. Özlərini xəyalən cümhuriyyət ideyalarına pərçimləməkləri azmış kimi, hələ qurama təşkilatlarının adını da AXC dövrünün milli şurasından kopya çəkdilər. Dedilər ki, formal da olsa qurumun başına bir "ziyalı" qoyaq, bəlkə 5-10 nəfərin diqqətini çəkə bildik. Beləcə, Cəmil Həsənli adlı "vestdən" və relsdən çıxmış birinin əlinə mikrofon verib bu qurama quruma rəhbər qoydular. Söz yox, söz sahibi yenə də AXCP-çi Əli Kərimli oldu. Bir növ, çətələrini böyütmüş sandılar. Məqsəd başından bəri özlərinə də aydın idi – seçkidə pərxaşlıq qatmaq, onu boykot etmək və öz təbirlərincə iqtidarı alçaltmaq... Nə yazıq ki, 27 illik bu çətə müxalifətinin bundan ötə məqsəd və məramları olmadı. Seçki prosesinə, siyasi mübarizəyə elə hey dolanışıq yeri kimi baxdılar. "Qaraguruh səsimiz Avropadan, Amerikadan nə qədər çox eşidilsə, bizə də o qədər məvacib gələr" prinsipi ilə yaşadılar. Nəticə? - Boşluq, rüsvayçılıq, ələbaxanlılıq və ən nəhayət təklik...

* * *

Gələk Vətən müharibəsinə, ölkədə müxalifətli-iqtidarlı 50-dən çox siyasi partiya bu müqəddəs yolda iqtidarın, Ali Baş Komandanın yanında oldu, onun səsinə səs verdi.

Haqlı sualdır, bəs, siz harada idiniz? Qarabağın işğaldan azad edilməsi kimi ümummilli bir məsələdən kənarda qalmağınız satqınlığın, xainliyin daha bir isbatı deyilmi?

Yaxşı, deyək ki, ziyalı hesab etdiyiniz Cəmil Həsənli ziyanlı çıxdı, adınızdan və məqamınızdan istifadə edib əsl məqsədinin ABŞ-a köçmək, ömrünün sonunu orada "firavan" yaşamaq olduğunu sizdən gizlətdi və buna da nail oldu, sən ki, burada Bakının düz mərkəzində idin, Əli Kərimli?!

Bəs, milli şuranızın sağ və "vuran qolu" Tofiq Yaqublu nə işlə məşğul idi?

Yoxsa, indi də hansısa dələduzluq ucbatından həbsxanada yatır? Hələ Fuad adlı bir qəhrəmanınız da vardı. Yəqin onun da başı hələ rüsvayçı ailə qalmaqalından açılmayıb. Niyə bircə dəfə də olsun, Azərbaycanın Qarabağ boyda sevincinə sevinmədiniz, xalqın səsinə səs vermədiniz. Əksinə, xain, satqın missiyanızı müharibə dövründə də icra etdiniz, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya apardınız...

* * *

Eyni cinayət törədən ABŞ-da terrorçu sayılır, Azərbaycanda isə "günahsız insan"

Siyasi proseslər elə formada cərəyan edir ki, radikal ünsürlər özlərini hər dəfə ifşa edirlər. ABŞ-da baş verən son hadisələr isə bariz nümunədir. Daim Azərbaycan cəmiyyətinə ABŞ demokratiyasını nümunə çəkənlər indi ABŞ-da baş verən antidemokratik hadisələrə susurlar.

Sadə bir misal: ABŞ Konqresinə hücum olub, 5 nəfər polis tərəfindən öldürülüb, yaralananlar var. ABŞ-ın yeni prezidenti seçilən Bayden deyir ki, bu, terrordur, iştirakçılar da terrorçu, baş verənlər isə qiyamdır.

İndi sual olunur ki, iyulun 14-də Azərbaycan parlamentinə hücum nə idi? Nəyə görə onda rəsmi Vaşinqton və onun buradakı əlaltıları fərqli mövqe ortaya qoydular? Belə çıxır ki, eyni hadisə Vaşinqtonda baş verəndə terror və qiyam, Azərbaycanda isə xalqın istəyi və ya hakimiyyətin basqısı olur?! Vaşinqtonda polis qəddarlığı, 5 nəfərin ölümü demokratiyadır, Azərbaycanda isə vandalların həbsi antidemokratiya? Niyə o zaman bar-bar bağıran antimilli şura, indi ağzına su alıb oturur. Bu hadisələri şərh etməkdən yayınır? Əvəzində isə Azərbaycanın tarixi qələbəsinə kölgə salmağa, onu ləkələməyə çalışır?

Təbii ki, suallar çoxdur, cavab isə birdir, bütün məsələ siyasi manipulyasiyadadır. Soros və ətrafı, ermənipərəst dairələr illərlə Azərbaycanda maliyyələşdirdikləri və istiqamətləndirdikləri 5-ci kolonun qalıqlarnın vasitəsilə öz maraqlarını düşünür, ona xidmət edirlər.

* * *

Onlardan başqa nə gözləmək olar?

"Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şuraya rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər..." – Qalib ölkənin, qalib Ordunun Ali Baş Komandanının bu ifadələri artıq bütün suallara cavabdır.

Elgün Mənsimov

Trend

Paylaş:
628

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər