Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb

09:30 - 20 / 01 / 2021
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb

ABŞ hökuməti Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı addımlarını "soyqırım" və "insanlığa qarşı cinayətlər" adlandırıb.

1news.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo deyib.

"Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, ən azından ÇXR 2017-ci ilin martından etibarən Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim" - Pompeo öz açıqlamasında bildirib.

1news.az

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər