Bakıda və bölgələrdə güclü külək gözlənilir – Sürücülərə müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və bölgələrdə güclü külək gözlənilir – Sürücülərə müraciət

1news Redaksiyası09:54 - Bu gün
Bakıda və bölgələrdə güclü külək gözlənilir – Sürücülərə müraciət

Oktyabrın 19-da Bakıda, Abşeron yarımadasında və respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarə edilməsini çətinləşdirə, xüsusilə iri qabaritli və qoşqulu nəqliyyat vasitələri üçün təhlükə yarada bilər.

Bu səbəbdən sürücülərə sürət həddini hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinmək tövsiyə olunub.

Həmçinin nəqliyyat vasitələrinin ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında saxlanılmamasının vacibliyi vurğulanıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hava şəraitini nəzərə almağa, yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər