Azərbaycan 9 ayda 327 min tona yaxın azot gübrəsi ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 326 min 762,8 ton azot gübrəsi ixrac edilib.
1news.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 9 ayında ixrac olunan azot gübrəsinin dəyəri 126 milyon 684,83 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun həcmi 23,5 %, dəyəri isə 4 % azalıb.
Azərbaycan məhsullarının ixracında azot gübrəsinin payı 0,71 % təşkil edir. Bu ilin 9 ayının ölkənin qeyri-neft sektoru üzrə ixracında payı isə 4,98 % təşkil edib.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.












