Cəmiyyət

Tural İsmayılov: “YAŞAT” Fondunun nümunəsində Azərbaycanda şəhid ailələri və qazilərin dövlət qayğısı ilə əhatə olunması bütün ölkələrə örnəkdir

11:12 - 25 / 01 / 2021
Tural İsmayılov: “YAŞAT” Fondunun nümunəsində Azərbaycanda şəhid ailələri və qazilərin dövlət qayğısı ilə əhatə olunması bütün ölkələrə örnəkdir

“Azərbaycanda qazilərə və şəhid ailələrinə qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir”.

Bu fikirləri saytımıza açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib:

“Ölkəmizdə daim qazilər və şəhid ailələri ölkə başçısının xüsusi diqqətində olub. Məhz ölkə başçısının diqqəti və qayğısı nəticəsində uzun illər ərzində mühüm sərəncamlar və fərmanlar imzalanıb, şəhid ailələri və qazilərə diqqəti özündə ehtiva edən qərarlar verilib, dövlət qurumlarının bu sahədə koordinasiyalı fəaliyyəti təmin edilib. Hələ Vətən Müharibəsinin yekunlaşmasıyla eyni anda Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsi əyata keçirilib. “Vətən qarşısında borcunu yerinə yetirən qəhrəmanların əlavə heç bir borcu ola bilməz” tezisi başqa ölkələr üçün də mühüm örnək addımlardan biridir. Bu kontekstdə şəhidlərimizin ailə üzvlərinə aid olan 286, xəsarət almış hərbçilər üzrə 1323 kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Qazilərimizin sosial təminatının gücləndirilməsi üçün tədbirlər daim davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən işlər qazilərə və şəhid ailələrinə dövlət dəstəyi siyasətinin uğurlar davam etdirilməsidir. Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Elə bu məqam da ölkə başçısının siyasətinin mərkəzində qazilərin və şəhid ailələrinin dayandığını sübut edir. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Bundan başqa Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması da həmişə diqqətdə saxlanılır. Qazilərə və şəhid ailələrinə dəstək layihələri Heydər Əliyev Fondu tərəfindən dövlətlə qarşılıqlı şəkildə davam etdirilir”.

Ekspert bildirib ki, bu kontekstdə “YAŞAT” Fondunun yaradılması müstəsna əhəmiyyətə malikdir:

“Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yadılmasını cəmiyyətimiz yüksək qiymətləndirir. Hazırda cəmiyyətimiz qurumlarımız Fond ətrafında yumruq kimi birləşib. “YAŞAT” Fondu vasitəsyilə bu günə qədər xeyli işlər görülüb. Təkcə bu qısa zaman kəsiyində Fondun belə ictimai dəstək toplaması və ətrafında insanları birləşdirməsi həm də xalq-iqtidar birliyinin növbəti tərənnümüdür. Fond bəhs olunan kateqoriyadan olan insanlara dəstəklə bağlı mühüm məsələlərin həllini özündə əks etdirir.  Fərmanda qeyd olunur ki, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

– şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

– müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

– təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

– məişət şəraitinin yaxşılaşdırılması.

Bütövlükdə gələcəkdə Fondun fəaliyyət istiqamətlərinin genişlənəcəyini də müşahidə etmək olar.”

Politoloq vurğulayıb ki, şəhid ailələrinə dəstək olmaq istəyən insanlar Fondla daha sıx əməkdaşlıq etməli və bu işin genişləndirilməsində hər kəs bacardığı rolu oynamalıdır.

1news.az

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər

Next TV