İran-Azərbaycan sərhədində dəmiryol terminalının inşasına başlanılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

İran-Azərbaycan sərhədində dəmiryol terminalının inşasına başlanılır

11:53 - 25 / 01 / 2021
İran-Azərbaycan sərhədində dəmiryol terminalının inşasına başlanılır

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

O bildirib ki, dəmiryol terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O əlavə edib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.

1news.az

Paylaş:
757

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22
Bütün xəbərlər