Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb

17:24 - 26 / 01 / 2021
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb

İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi ilə bağlı ilkin layihə işlərinə başlanılıb.

Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, artıq bununla bağlı layihələndirmə işləri aparılır:

"Dövlətin müəyyən etdiyi proqram üzrə işlər davam etdirilir. Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələ ki, layihə-axtarış işləri gedir. Konkret hansısa işlərə başlanması vaxtı hələ ki, məlum deyil".

R.Əliyev qeyd edib ki, ilkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur. Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq. Bunlar ilkin layihədir və ola bilər ki, layihə dəyişsin".

Baş direktor qeyd edib ki, artıq işğaldan azad olunan ərazidə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb: "Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək. Əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən edilməlidir".

S.Xankişiyeva

 

Paylaş:
229

Son xəbərlər

Bütün xəbərlər

Next TV