Cəmiyyət

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb – FOTO – VİDEO – YENİLƏNİB

15:28 - 26 / 01 / 2021
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb – FOTO – VİDEO – YENİLƏNİB

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub.

FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarıblar.

10.51

Abşeron rayonunun Xırdalan şəhərində baş verən partlayış nəticəsində yaralananlardan 5 nəfər xəstəxanadan evə buraxılıb.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Məlumatda qeyd edilir ki. hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən Əliyev Emil, Hüseynov Arif, Musayev Firudin, Ələzova Simayə və Şükürzadə Xədicənin vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıb, digər xəsarət alan Vüsal Musayev isə reanimasiyada müalicəsini davam etdirir.

10:26

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

09:21

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

1news.az oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.

Hazırda dağıntılar altında qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin övladıdır.

Qeyd edək ki, ötən gecə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından altı vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

S.Xankişiyeva

 

Son xəbərlər

Bütün xəbərlər

Next TV