Cəmiyyət

Azərbaycan niyə Çin peyvəndini seçdi? - TƏBİB cavab verdi

12:31 - 26 / 01 / 2021
Azərbaycan niyə Çin peyvəndini seçdi? - TƏBİB cavab verdi

TƏBİB Azərbaycanın COVİD-19-a qarşı vaksinasiyanın aparılması üçün Çin peyvəndlərini hansı səbəbdən seçdiyini açıqlayıb.

TƏBİB-dən verilən məlumata görə, peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil:

"Diqqət yetirməli olduğumuz məqam peyvəndin hansı üsulla istehsal olunmasıdır. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir".

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovac" vaksininin vurulmasına start verilib.

1news.az

Son xəbərlər

Bütün xəbərlər

Next TV