Çindən Azərbaycana bu ilin ilk qatarı yola düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çindən Azərbaycana bu ilin ilk qatarı yola düşüb

11:17 - 01 / 02 / 2021
Çindən Azərbaycana bu ilin ilk qatarı yola düşüb

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb.

"ADY Konteyner"dən verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zəncirində yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Konteyner" MMC Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub.

40 futluq  konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra  konteynerlərdən  15-i Tbilisiyə göndəriləcək.

Layihə  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan "KTZ Express", "ADY Konteyner" MMC  və "GR Logistics and Terminals"ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

2021-ci ilin sonunadək "ADY Konteyner" MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.

1news.az

Paylaş:
670

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər