Gənclərlə yaşlı nəsil niyə bir-birini başa düşmür? - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO
Çox vaxt yaşlı nəsillə gənc nəslin fikirlərinin üst-üstə düşmədiyinin şahidi oluruq.
Yaşlılar "Sovet dövründə belə idi..." deyərək gənclərin davranışlarını bəyənmirlər. Buna nümunə olaraq, ictimai nəqliyyatda yaşlılara yer verməyən, bərkdən danışıb-gülən gənclərə aqressiv yanaşan qocaları göstərə bilərik. Çox vaxt da gənclərin onlara hörmətsizlik etdiyindən şikayətlənirlər. Bəzən də gənclərin geyimi, dinlədikləri musiqilər onlara xoş gəlmir. Gənc nəslin də bəzən yaşlıları bəyənmədiyini müşahidə edirik. Gənclər onlara köhnə düşüncəli insanlar kimi yanaşır, fikirlərinə o qədər də əhəmiyyət vermirlər.
Yaxud da əksinə, yaşlı nəsil cavan nəslə yol göstərir, istiqamətləndirir, məsləhət verir... Görəsən, bu, nədən qaynaqlanır? Nəsillər arasındakı bu ziddiyyətin səbəbi nədir?
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Gənclərlə yaşlı nəsl niyə bir-birini başa düşmür?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, psixoloq, NAT Master təlimçi Babək Bayramov, UNEC Sabah Mərkəzinin müəllimi, Böyük Britaniyanın Ştörlinq Universitetinin məzunu Seymur Quliyev və “TANIYIB YAŞAT” layihəsinin rəhbəri, gənc spiker Nuray Rəşidli mövzu ətrafında müzakirə aparıblar.
S.Xankişiyeva












