Rəhman Hacıyev: Zəfərimizi oğurlamaq cəhdləri, xarici və daxili düşmənlər haqqında | 1news.az | Xəbərlər
Siyasət

Rəhman Hacıyev: Zəfərimizi oğurlamaq cəhdləri, xarici və daxili düşmənlər haqqında

17:38 - 04 / 02 / 2021
Rəhman Hacıyev: Zəfərimizi oğurlamaq cəhdləri, xarici və daxili düşmənlər haqqında

Müəllif: 1news.az-ın baş redaktoru Rəhman Hacıyev

Mənbə: RAHMAN LIVE Telegram kanalı

Görünür, 44 günlük müharibə zamanı məğlubiyyət Ermənistanın hərbi-siyasi quruluşuna (bununla birlikdə dünya ermənilərinin əksəriyyətinə) təsəvvür etdiyimizdən də ciddi travmalar vurub.

Üstəlik, bu travmalar psixoloji xarakter daşıyır.

Bunun bariz nümunəsi olaraq, erməni elitası nümayəndələrinin bir-birinə ziddiyyətli bəyanatları sübutdur.

Demək olar ki, hamı – Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandan tutmuş Baş Qərargahın hazırkı rəhbəri Onik Qasparyana qədər hər kəs Ordumuzun Ermənistan silahlı qüvvələrinə vurduğu sarsıdıcı məğlubiyyətinin məsuliyyətini öz üzərindən atmağa çalışır.

Vəziyyətin tragikomikliyi ondan ibarətdir ki, bu əsaslandırmalar mahiyyət etibarilə paradoksaldır - Serj Sarkisyan və Robert Köçəryan təkcə Ermənistan ordusunun deyil, həm də bütün müasir Ermənistan dövlətçiliyinin qurucuları və Baş Qərargahın rəhbəri, müharibə zamanı erməni hücumlarına əmr verən adamlar idilər (Müdafiə Nazirliyinin rəhbəri David Tonoyanın sadəcə bir fiqur olduğuna, hamımız əmin olduq).

Ancaq, zənnimcə, bu ümumerməni ağılsızlığında ən çox simptomatik olan “Sputnik-Armenia” agentliyinə verdiyi müsahibəsində səsləndirilən fikirləri ilə Ermənistan ordusunun daimi keçmiş sözçüsü Arsrun Ovannisyanın cəfəngiyyatı hesab edilə bilər.

Bu mövzu ilə maraqlananlar üçün həmin materialın linkini buraya yerləşdirirəm.

Ovannisyanın dediklərindən, bir sıra ümumi nəticələr çıxarıram ki, bu da, fikrimcə, digər şeylərlə yanaşı, erməni cəmiyyətinin hazırda yaşadığı, ideoloji kompasını da itirdiyi psixoloji travmanı mükəmməl şəkildə əks etdirir.

Bəs əsas erməni hərbi təbliğatçı nədən danışdı?

Sətirlərə nəzər salsaq aşağıdakıları görə bilərsiniz:

Ermənistan Türkiyə ilə müharibə edirdi. Nöqtə.

Qarabağdakı müharibəyə həsr olunmuş bütün müsahibədə BİR DƏFƏ olsun “Azərbaycan” sözü istifadə edilmir. Ovannisyan yalnız bir dəfə ölkəmizin adını, hətta onu da “Türk-Azərbaycan qoşunları” ifadəsi şəklində qeyd edir.

Məncə hər şey çox ciddidir - cavabı "xəstəmizin" dərin psixoloji səviyyəsində axtarmaq lazımdır. Çünki bu cür inkaretmə psixoanalitiklərin ifadələrə görə "müdafiə mexanizmi" iki əsas xüsusiyyətə malikdir – özünü inkar və ya həqiqətin təhrifi şüursuzluq səviyyəsinin göstəricisidir.

Artıq qeyd etdiyim kimi, bu hiyləyə yalnız bu yoldaş müraciət etmir – Uruqvay və Qlendeyldan İrəvana qədər milyonlarla insan, dünyanın hər yerinə səpələnmiş demək olar ki, hər bir erməni, "Türk-Azərbaycan ittifaqı" və Suriyadan olan muzdlu əsgərlər haqqında əhəmiyyətsiz tezisi təkrarlayır.

İlkin müdafiə mexanizmləri göz qabağındadır:

- "inkar" xoşagəlməz məlumatların dərk edilməsini tamamilə rəddetmə kimi;

- "ibtidai təcrid", xüsusən reallıqdan uzaqlaşma kimi "müdafiə fantaziyası";

- və nəhayət, “proyektiv identifikasiya” kimi bir şey - şüursuz şəkildə Azərbaycanı “erməni” təxəyyülünə əsaslanan rola salmaq cəhdi.

Bir az dərinə getsək, Ovannisyanın müsahibəsində (daha əvvəl qeyd etdiyim kimi, çox açıq-aşkardır) bir neçə qoruyucu mexanizm tapa bilərsiniz.

Məsələn, artıq başlıqdan belə bir nəticəyə gəlmək olar ki, erməni təbliğatçısının travmalanmış şüuraltı "dissosiasiyaya" – özünü xoşagəlməz həyəcanlardan ayırmağa çalışır.

"İllərdir danışdığım və yazdığım problemlər səbəbindən məğlub olduq" - Ovannisyan sanki müqəddəs dua kimi bunu təkrarlayır.

Bununla yanaşı o tək deyil (Sarkisyan, Qasparyan, Paşinyan və bir çox “yan” sonluqlu soyadların bu məzmunda ifadələrini xatırlayın).

Müharibədə, erməni siyasətçilərin və komandirlərinin cəfəngiyyatlarına diqqətlə qulaq assaq, şübhəsiz ki, burada başqaları günahkardır. Görürür, onların hamısı orduda problemlərin olduğunu başa düşürdülər, hamısı illərlə bunu təkrarlayırdı, amma ... qəribə bir təsadüflə bu problemləri həll etmək üçün HEÇ NƏ etmədilər.

Bəs "arsrunovannisyanların” mesajı bizə hansı siqnalı verir?

Bu qənaət rəhbərlərin açıqlamalarından (əlbətdə ki, onları belə adlandırmaq olarsa) çıxardığım əsas nəticə – müqəddəs Zəfərimizə ləkə gətirmək üçün əllərindən gələni etmələridir.

İndi erməni elitası üçün bu, yalnız özünüqiymətləndirmə deyil, həmçinin gələcək üçün vacib olan “qəti məsələ”dir. Əlbətdə ki, bu fikrin iflasa uğrayacağını ümid etmək istərdik, çünki erməni xalqı üçün normal bir gələcəyə aparan yol yalnız acı həqiqəti dərk etməkdədir. Buna görə də, əvvəlcə nə qədər acı olsa da, həqiqəti dərk etmək lazımdır.

Bütün bu hekayədə məni başqa bir şey (yumşaq desək) təəccübləndirir.

Məhz bəzi soydaşlarımızın erməni təbliğatçıları ilə həmrəy olmaları.

Adları çəkməyəcəyəm (layiq deyillər), lakin Vətən Müharibəsi boyunca Azərbaycan Ordusuna dəstək olmaq üçün özünü vətənpərvər kimi göstərərək statuslar yazan "xarici müxalifətçi"ni misal gətirəcəyəm. Müharibə bitən kimi, həmin şəxs Zəfərimizin əhəmiyyətini davamlı olaraq azaltmağa başladı və Qarabağın – Şuşa, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Qubadlı və Ağdam olmadığını, yalnız Xankəndi olduğunu bildirdi.

Görünür onun üçün Zəfərimizin heç bir əhəmiyyəti yoxdur, çünki indi Qarabağda sülhməramlılar var. Göründüyü kimi, onun "fikrincə" bu ərazilər Ermənistanın silahlı qüvvələrinin nəzarəti altında olsaydı daha yaxşı olardı.

İndi bu məsələnin təfərrüatlarına varmaq istəmirəm, çünki bu, ayrıca müzakirənin mövzusudur. Qeyd edim ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu 44 gün ərzində MÜMKÜNSÜZÜ MÜMKÜN ETDİ.

Azərbaycan xalqının hamımızın xəyalımıza belə gətirə bilmədiyi bir iş gördüyünü anlamamaq üçün açıq-aşkar ya axmaq və ya da əclaf olmalısan (üçüncü variant yoxdur). Etiraf etməkdən utanmıram ki, hələ 25 sentyabrda dostumla müzakirə zamanı hərbi ssenarinin – ən son hədd olduğunu, çətin və praktik olaraq qeyri-mümkün bir tədbir olduğunu qeyd etdim. Çünki pandemiya dövründə və mövcud geosiyasi reallıqlarda bütün dünya bölgədəki silahlı gərginliyə qarşı olacaqdı.

Lakin mümkünsüz mümkünsüz oldu.

44 gün ərzində minlərlə qardaş-bacılarımızın həyatı bahasına, Ali Baş Komandan İlham Əliyevin virtuoz bacarığı sayəsində Qarabağın əhəmiyyətli hissəsi üzərində suverenliyimizi bərpa etdik.

Nəhəng ərazilər heç bir döyüş olmadan geri qaytarıldı, belə ki, bizim üstünlüyümüz çox idi.

Və bu, dünya güclərinin həqiqətə qarşı olduqlarına baxmayaraq, baş tutdu!

Keçmiş separatçı hakimiyyət orqanlarının qondarma varlığının Dağlıq Qarabağın kiçik bir hissəsində hələ də qalması, onların mövcudluğunun xəyal kimi təqlididir.

Tarix öz istiqamətini dəyişdi və onun bizim xeyrimizə nəticəsi qaçılmazdır.

BÜTÜN QARABAĞ ərazisi üzərində yüz faizlik nəzarət bərpa ediləcəkdir.

Qələbəmizi bizdən oğurlamağa çalışanlar isə yeni kədərli mahnı axtarmağa başlaya bilərlər. Şübhə etmirəm ki, bunu da ermənilərlə həmrəyliklə ifa edəcəklər.

Saxta vətənpərvərlərimizlə (hərçənd dilim onları bizim adlandırmağa cəsarət etmir) ermənilərin sinxronluğu – onların eyni mərkəzdən idarə olunduğundan xəbər verir.

Onlar sanksiyalara və Azərbaycana qarşı 907-ci düzəlişin qəbul edilməsinə çağıran, “Bayraktarlar” üçün komponentlərə embarqo qoyan, bizi olmazın günahlarla ittiham edən və Azərbaycan xalqına qarşı açıq təkəbbür göstərənlərdir.

Onların hamısına cavabı eynidir – timsah göz yaşlarınızı silin.

Daha yaxşısı, gorbagor olun.

Çünki dünya bundan yalnız yaxşılaşcaq.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1772

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər