Polad Həşimovun adı "Azərbaycan və Ukrayna” birgə ensiklopediyasında | 1news.az | Xəbərlər
Cəmiyyət

Polad Həşimovun adı "Azərbaycan və Ukrayna” birgə ensiklopediyasında

21:27 - 05 / 02 / 2021
Polad Həşimovun adı "Azərbaycan və Ukrayna” birgə ensiklopediyasında

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı "Azərbaycan və Ukrayna" birgə ensiklopediyasına Milli Qəhrəman Polad Həşimovun adını daxil edəcək.

Alyansın sədri Elmar Məmmədovun 1news.az-a verdiyi məlumata görə, hazırda bu ensiklopediyanın layihəsi hazırlanır:

"2021-ci ildə "Azərbaycan və Ukrayna" birgə ensiklopediyası layihəsi başlayacaq. Bunun üçün məşhur şəxsiyyətlər haqda araşdırmalar aparılır. Artıq bir çox müraciət qeydə alınıb. Həmçinin ensiklopediyaya 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun tərcümeyi-halı da yer alacaq. Ensiklopediya sayəsində general-mayor haqqında Azərbaycandan kənarda daha çox məlumat əldə edilə biləcək”.

1news.az

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər