Diplomatik korpus nümayəndələri Cəbrayılda ermənilərin dağıtdığı qəbirstanlığı öz gözləri ilə görüblər – FOTO – VİDEO
Azərbaycanda olan səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxlərlə birgə Cəbrayıl şəhərinin ermənilər tərəfindən dağıdılmış qəbirstanlığı ilə tanış olublar.
Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələrinə erməni vəhşilikləri başrədə məlumat verilib.
Dünya şöhrətli fotoqraf Reza Deqati də diplomatik korpus nümayəndələrinə dağıntılar haqqında danışıb. R.Deqati bildirib ki, indiyə qədər bu cür vəziyyətlə heç bir müharibədə rastlaşmayıb: “Mən 40 ildir ki, müharibələri işıqlandırıram, amma bu cür vəziyyətlərlə heç bir yerdə rastlaşmamışam. Bu barədə hətta eşitməmişəm. Ötən 27 il ərzində bu ərazilər erməni işğalı altında olan zaman burada çox ağır cinayətlər törədilib”.