Müdafiə Nazirliyi: 4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: 4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb

14:20 - 09 / 02 / 2021
Müdafiə Nazirliyi: 4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

S.Xankişiyeva

 

Paylaş:
1089

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər