Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları artımla birgə ödənildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları artımla birgə ödənildi

10:49 - 11 / 02 / 2021
Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları artımla birgə ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Xatırladaq ki, yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.

S.Xankişiyeva

 

Paylaş:
805

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər