“Twitter” Azərbaycana qarşı qarayaxma kampaniyası aparan 35 hesabı bağlayıb
“”Twitter” sosial şəbəkəsi Ermənistan xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən şəxslər tərəfindən idarə edilən 35 hesabı Azərbaycana qarşı qarayaxma kampaniyası apardığı səbəbindən bağlayıb”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icması İctimai Birliyinin sədri Tural Gəncəliyev öz “Facebook” hesabında yazıb.
“Həmin bağlanan hesablardan ikisi mənim adımdan saxta məlumatlar yaymağa çalışan hesablar idi.
Gələcəkdə oxşar hallar yaşanmasın deyə hesabların təsdiqlənməsinə başladıq və artıq Facebook səhifəmə təsdiqlənmə işarəsi verildi” – T.Gəncəliyev deyib.
553