Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi

S.Xankişiyeva17:14 - 27 / 02 / 2021
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransında mühüm məsələlərə toxundu.

Mətbuat konfransında dövlətimizin başçısı jurnalistlərin suallarına cavab olaraq əsasən İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri, müharibənin gedişi və 10 noyabr razılaşmasının imzalanmasından sonra mövcud vəziyyət və regionda baş verən proseslər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi. Dövlətimizin başçısı xarici media nümayəndələrinin bütün suallarını təmkinlə və ətraflı cavablandırdı və Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərksilah etdi.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

S.Fətəliyeva vurğulayıb ki, dövlətimizin başçısı çoxsaylı əcnəbi jurnalistlərin iştirak etdiyi mətbuat konfransında Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, eləcə də regionun gələcəyi üçün mühüm mesajlar verdi. Prezident artıq regionda yeni bir dövrün başladığını vurğuladı. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq indi Azərbaycanın əsas hədəfidir. Ölkəmizin bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün bütün imkanları var. İşğaldan azad edilmiş ərazilər bərpa olunduqdan və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq.

Dövlətimizin başçısı mətbuat konfransında bildirdi ki, münaqişənin həllində bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ancaq Ermənistan hökumətinin bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində olmadığını görən Azərbaycan yay aylarında törədilən hərbi təxribatlardan sonra adekvat cavab verməyə məcbur qaldı. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, biz bu gün onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu, baş tutduğu təqdirdə, bundan Ermənistan da xeyir görəcək.

Prezident İlham Əliyev mesaj verdi ki, regionda sülh üçün daha bir şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq. Dövlətimizin başçısı xəbərdarlıq edib ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.

Prezident bir daha bəyan etdi ki, Qarabağın həm aran, həm də dağlıq hissəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunu hər kəs anlamalıdır. O cümlədən Qarabağdakı separatçıların da son cəhdləri əbəsdir. Bu torpaqlarda yaşamış azərbaycanlılar geri qayıdacaqlar. Dövlətimizin başçısı bu barədə mövqeyini birmənalı şəkildə bəyan etdi.

Bütövlükdə Prezident İlham Əliyevin mətbuat konfransı miqyası və əhatəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Paylaş:
440

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər