“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb

S.Xankişiyeva16:55 - 06 / 03 / 2021
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədilə dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə imzalanmış müqaviləyə əsasən icra edilən layihə ilə əlaqədar videokonfrans keçirilib.

QSC-dən 1news.az-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov deyib ki, dəmir yolu sahəsinə diqqətin artırılması və aparılan islahatlar nəticəsində Səhmdar Cəmiyyətin maliyyə öhdəliyi optimallaşdırılıb, dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsi istiqamətində işlərə başlanılıb və əməliyyat səmərəliliyi inkişaf etdirilməkdədir. O, həmçinin ölkənin iri dövlət qurumlarında korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılmış addımları vurğulayaraq dəmir yolu sektorunun inkişaf etdirilməsində birgə səylərin vacibliyini bildirib.

Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad olunması nəticəsində Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması regional nəqliyyat axınlarına təsir imkanlarını genişləndirəcək və nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Videokonfransda məsləhətçi şirkətin nümayəndələri layihənin gedişatı barədə təqdimat edib. Dəmir yolu sektoru üzrə beynəlxalq ekspertlər tərəfindən bu sahədəki ən uğurlu təcrübə nümunələri təqdim olunub və müvafiq məsləhətlər verilib, QSC-nin strateji məqsədləri və digər məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycan Dəmir Yollarının kommersiya potensialının artırılması və qlobal yüklərin cəlb edilməsi, həmçinin regionda baş verən sosial-iqtisadi mövzuların dəmir yolu sektoruna təsiri məsələlərindən də danışılıb.

Paylaş:
237

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər