Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olunub

S.Xankişiyeva18:03 - 06 / 03 / 2021
Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olunub

Heydər Əliyev Sarayının Mətbuat xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

1news.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb. 2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib. İngilis, fransız və rus dillərini bilir.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər