Ərdoğan və Putin Akkuyu AES-in üçüncü reaktorunun təməlqoyma mərasimində iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan və Putin Akkuyu AES-in üçüncü reaktorunun təməlqoyma mərasimində iştirak edir

S.Xankişiyeva17:22 - 10 / 03 / 2021
Ərdoğan və Putin Akkuyu AES-in üçüncü reaktorunun təməlqoyma mərasimində iştirak edir

Türkiyənin Mersin vilayətində Akkuyu atom elektrik stansiyasının üçüncü nüvə reaktorunun təməlqoyma mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında iştirak edir.

Qeyd edək ki, 4 reaktordan ibarət olacaq stansiya 5 min meqavatta yaxın enerji istehsal edəcək.

Mərasimdə çıxış edən V.Putin bildirib ki, AES 2023-cü ildə istismara veriləcək.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər