Bakıda birgə intihar edən məktəbli qızlarla bağlı YENİ FAKTLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda birgə intihar edən məktəbli qızlarla bağlı YENİ FAKTLAR

11:15 - 10 / 03 / 2021
Bakıda birgə intihar edən məktəbli qızlarla bağlı YENİ FAKTLAR

Bakıda 2 məktəbli qızın birgə intihar etməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

1news.az publika.az-a istinadən xəbər verir ki, Abşeron rayonu Ənvər İbrahimov adına Qobu qəsəbə 2№-li tam orta məktəbin şagirdləri olan qızların Lökbatan qəsəbəsində özlərini doqquzmərtəbəli binanın damından atması hadisəsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qızlar dünən keçirilən onlayn dərsdə iştirak etməyiblər. Onlar Lökbatan qəsəbəsinə repititor yanına gediblər. Belə ki, sinif yoldaşı olan qızlar ingilis dili hazırlığına getmək adı ilə ötən gün evdən çıxıblar. Bir neçə saat sonra isə onların bir yerdə özlərini binanın damından ataraq intihar etdiyi məlum olub.

Şagirdlərin sinif rəhbəri Səmayə Hüseynova açıqlamasında onların sonuncu dəfə ötən həftənin 5-ci günü dərslərdə iştirak etdiyini bildirib: "Hər ikisi yaxşı oxuyan şagirdlərdən idi. Əfruz məktəbimizin rəssamı idi, Mətanət də 4-5 qiymətlərlə oxuyurdu. Biz onlarda hər hansı çılğınlıq, qeyri-adi davranış hiss etməmişik. Çox tərbiyəli ailələrin övladlarıdırlar. Bizə də çox müəmmalı qalıb bu hadisə, hamımız şokdayıq".

Qeyd edək ki, məktəblilərin cənazələri artıq ailələrinə təhvil verilib. Onların ikisi də bu gün Qobuda dəfn ediləcəklər.

Hadisə ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib. Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.

1news.az

Paylaş:
230

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər