Azərbaycanda Novruz ərəfəsində əfv ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda Novruz ərəfəsində əfv ola bilər

11:42 - 11 / 03 / 2021
Azərbaycanda Novruz ərəfəsində əfv ola bilər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə, o cümlədən məişət zorakılığı və digər zəmində cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Paylaş:
293

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər