Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib – FOTO

S.Xankişiyeva14:10 - 31 / 03 / 2021
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib – FOTO

Martın 31-də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Murad Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Çıxış edənlər qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar.

Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Paylaş:
415

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər27 / 04 / 2024, 11:41
Bütün xəbərlər