Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA | 1news.az | Xəbərlər
Siyasət

Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA

S.Xankişiyeva10:21 - 02 / 04 / 2021
Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA

Şuşada aşkarlanan iki ədəd "İskəndər" raketinin Ermənistanın hansı tərəfindən atııldığı məlum deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olar:

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıya düşən raket qalıqları aşkar etmişik. Onlardan biri şimal-şərq istiqamətinə, digəri isə ona əks istiqamətdə aşkarlanıb. Raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər