Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb - FOTO

S.Xankişiyeva16:22 - 08 / 04 / 2021
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Agentlikdən 1news.az-a bildirilib ki, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Dövlət başçısının tapşırığına əsasən, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobill yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir-neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti birgə icra edir.

Hazırda avtomobil yolunun qeyd edilən hissəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yollar boyunca layihəyə uyğun suların ötürülməsinə təmin etmək məqsədi ilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün də inşası planlaşdırılır.

Yolun tikintisini qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədi ilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş:
234

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb22 / 04 / 2021, 18:01Xalq artisti telekanalları günahlandırdı - Zövqsüz mahnılar meydan sulayır22 / 04 / 2021, 17:38Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO22 / 04 / 2021, 17:23Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq22 / 04 / 2021, 17:16Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq22 / 04 / 2021, 17:00“Soros fondu Azərbaycana təzyiq üçün axtardığı boşluqları çox vaxt AŞPA-da tapır” - Deputat22 / 04 / 2021, 16:58DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı22 / 04 / 2021, 16:42Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub - FOTO - YENİLƏNİB22 / 04 / 2021, 16:38İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb22 / 04 / 2021, 16:35Bayden “erməni soyqırımı” ifadəsini işlətməyəcək - Politoloq22 / 04 / 2021, 16:30Moskvada ermənilər azərbaycanlını vəhşicəsinə döyüb, pulunu əlindən aldılar – VİDEO22 / 04 / 2021, 16:03Cəbrayıl rayonunun Şahvələdli kəndi - VİDEO22 / 04 / 2021, 15:48Fransalı hüquqşünas Ağdamda açıqlama verib: Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir22 / 04 / 2021, 15:45Modul Tipli Hospitalın həbs edilən baş həkimi İmran Ağayev kimdir?22 / 04 / 2021, 15:40Fransalı hüquqşünaslar Ağdamda səfərdədilər - FOTO22 / 04 / 2021, 15:27Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən çıxarıldı - VİDEO22 / 04 / 2021, 15:21“Yeni Klinika” və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı - VİDEO22 / 04 / 2021, 15:00Milli Paralimpiya Komitəsində “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıq davam etdirilir22 / 04 / 2021, 14:55Türkiyənin müdafiə naziri Ermənistana çağırış edib22 / 04 / 2021, 14:11Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb22 / 04 / 2021, 14:01
Bütün xəbərlər

Next TV