İƏT Qarabağdakı erməni vandallığı ilə bağlı hesabat hazırlayacaq
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupu səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək.
"Report" xəbər verir ki, bunu Pakistanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx İƏT nümayəndə heyətinin Ağdam və Gəncəyə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hesabat üzv dövlətlərə təqdim ediləcək: “Hesabat İƏT Xarici İşlər Nazirləri Şurasının qətnamələr hazırlaması üçün əsas olacaq”.
366