Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb – CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb – CƏDVƏL

S.Xankişiyeva16:55 - 10 / 04 / 2021
Azərbaycanda bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb – CƏDVƏL

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər