Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO

S.Xankişiyeva11:47 - 13 / 04 / 2021
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər