Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – FOTO – VİDEO

S.Xankişiyeva11:32 - 14 / 04 / 2021
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – FOTO – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər