Fransanın ARTE telekanalı “Dağlıq Qarabağ: kövrək sülh” adlı veriliş yayımlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fransanın ARTE telekanalı “Dağlıq Qarabağ: kövrək sülh” adlı veriliş yayımlayıb – FOTO

S.Xankişiyeva12:37 - 14 / 04 / 2021
Fransanın ARTE telekanalı “Dağlıq Qarabağ: kövrək sülh” adlı veriliş yayımlayıb – FOTO

Telereportajda Azərbaycanın azad olunmuş torpaqları bərpa etmək əzmindən, minaların yaratdığı böyük təhlükələrdən bəhs olunur.

Azad edilmiş ərazilərdə yaşamaq hələ mümkün deyil. Erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı əraziləri 30 il tampon zona kimi işğal altında saxlayıblar. Bu ərazilər gözə görünməz təhlükələrlə doludur. Hər tərəf minalanıb. Ötən il bəyanat imzalanandan sonra onlarla mina partlayıb, onlarla insan, xüsusilə də mülki sakinlər minaların qurbanları olub və ya yaralanıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın ARTE telekanalında yayımlanan “Dağlıq Qarabağ: kövrək sülh” adlı verilişdə səsləndirilib.

Bildirilib ki, mövcud təhlükəyə baxmayaraq, insanlar çox cəsarətlidirlər. Mina təhlükəsi 30 ildir ayrı düşdükləri doğma yurdlarına qovuşmaq arzusu ilə yaşayan insanlara mane ola bilmir. İnsanlar doğma evlərini görmək üçün kəndlərinə yollanırlar, ancaq hökumət təhlükənin qarşısını almaq məqsədi ilə onlara azad olunmuş ərazilərə getməyə icazə vermir. Yalnız Xalid kimi bəzi insanların doğma evini görmək şansı olur. O, evinə getmək icazəsi alıb.

Xalid deyir ki, işğaldan əvvəl kəndlərinin böyük iqtisadi imkanları var idi, insanlar yaxşı yaşayırdılar. Amma ermənilər 30 illik işğal vaxtında bu ərazilərdəki evlərin hamısını dağıdıblar. Bütün iqtisadiyyat məhv edilib. Yalnız erməni əsgərlərinin yaşaması üçün istifadə edilən binalar saxlanılıb. Mülki əhali haqqında heç düşünülməyib.

Reportajda göstərilir ki, nəhayət, Xalid atası ilə birlikdə Suqovuşanda tikdiyi gölün sahilindəki evinə çatır. Ancaq o, bu evdə yaşaya bilməz, çünki ev dağıdılıb, ətraf minalanıb və hər addımda ölüm təhlükəsi var.

Xalid uşaqlarından söz açaraq, onların ata yurduna qayıtmaq istədiklərini bildirir: “Evimiz dağıdılıb, burada çox işlər görmək lazımdır. Buna baxmayaraq, biz yenə öz evimizə qayıtmaq istəyirik. Birlikdə yenidən evimizi bərpa edəcəyik. Uşaqlarım ata yurdunu görməyi səbirsizliklə gözləyirlər”. Amma minaya görə hələ bu mümkün deyil.

“30 ildir ki, Azərbaycan hökuməti bütün səylərini ordu quruculuğuna səfərbər edib. Bu illər ərzində yeganə arzu torpaqların azad edilməsi olub. İndi torpaqlarımız işğaldan azad edilib. Azərbaycan hökuməti bu əraziləri yenidən tikib quracaq”, - deyə Xalid əminliklə söyləyir.

Jurnalist neft sənayesi sayəsində Azərbaycanın zəngin ölkə, Bakının isə ölkənin iqtisadi rəmzi olduğunu bildirir. Azərbaycanın bu imkanları azad edilmiş torpaqlarla bağlı böyük ambisiyalardan xəbər verir. Qələbədən sonra Qarabağda yenidənqurma işlərinə başlanılıb.

Verilişdə Füzuli şəhərinin səmadan çəkilişi göstərilir: şəhər tamamilə dağıdılıb, yalnız uçuq evlər görünür. Jurnalist qeyd edir ki, kabus şəhərinə çevrilmiş Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti işləri başlayıb. Buldozerlər tikilməkdə olan beynəlxalq aeroportun yollarını düzəldir. Bu, dağıdılmış regiona yenidən iqtisadi tərəqqi gətirəcək.

Qeyd olunur ki, müharibənin ilk günlərindən Füzuli ətrafında ən intensiv döyüşlər gedib. Erməni əsgərləri dronların və artilleriyanın hədəfinə çevrilib.

Ekranda dağıdılmış Füzuli şəhəri göstərilərək bildirilir ki, 1994-cü ildən əvvəl 17 min əhalisi olan şəhər bu gün daş kabusu və mina sahəsinə çevrilib. Mustafayev gələcəkdə şəhəri elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının tikintisinə rəhbərlik edir və hər gün işçilərlə təhlükəsizlik qaydalarını xatırladır: “Bilirsiniz ki, ətraf minalanıb. Ona görə ehtiyatla hərəkət etməli, müəyyən edilmiş yoldan kənara çıxmamalısınız, diqqətli olmalısınız. Biz buraya, 30 ildir gözlədiyimiz torpaqlara xidmət etməyə gəlmişik”. Mustafayev jurnalistlə təəssüratlarını bölüşərək deyir ki, buraya gələndə bütün tikililərin dağıdıldığını görüb. Burada işləmək onlar üçün bir şansdır və regionun əvvəlki vəziyyətini bərpa etməyə hazırdırlar. “Səylərimizi üç qat artıracağıq ki, məqsədlərimizi tezliklə reallaşdıraq. Buraya gəlmək hər bir Azərbaycanlının arzusudur”,-deyə Mustafayev bildirir.

Azad edilmiş ərazilərdəki onlarla dini məkan Azərbaycanın nəzarətinə keçib. Bu abidələrin böyük əksəriyyəti Azərbaycanda yaşayan, milli azlıqdan olan xristianlara aiddir.

Azərbaycan hərbiçilərinin müşayiəti ilə dindarlardan və jurnalistlərdən ibarət qrup “Tityanavanq” monastırına gedir. 13 dindarı 50 jurnalist müşayiət edir. Dindarlar jurnalistlərin çəkilişi altında dini ayinlərini icra edirlər.

Barışıq mümkündürmü? Yenidən Xalid danışır: “bizim üçün fərqi yoxdur, ermənilər orada yaşayacaq ya yox. Əsas odur ki, bu torpaqlar Azərbaycanındır və ermənilər burada yaşamaq istəyirlərsə, Azərbaycan dövlətini qəbul etməlidirlər.

Bu müharibəni erməni terrorçuları və ideoloqları başladılar. Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı nifrət siyasətini dayandırmalıdır.

Telejurnalist həmsöhbət olduğu Xalidin övladlarını danışdırır və bildirir ki, uşaqlar atalarına nisbətən daha emosiyasız danışırlar və hökumətin siyasətinə anlayışla yanaşırlar.

Paylaş:
417

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər