Polis Füzulidə silah-sursat aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Füzulidə silah-sursat aşkarladı

Qafar Ağayev12:56 - 19 / 04 / 2021
Polis Füzulidə silah-sursat aşkarladı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 14 ədəd əl qumbarası, 42 ədəd minaatan mərmisi, 15 ədəd qumbaraatan mərmisi, 47 ədəd avtomat darağı, 5788 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
530

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər