40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu - FOTO

S.Xankişiyeva14:54 - 21 / 04 / 2021
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olunub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev təqdim ediblər.

V.Behbudov çıxışında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə sosial dəstək göstərilməsi sahəsində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcəyini vurğulayıb.

Qeyd olunub ki, bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olanlara təqdim ediləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 300 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib. 2021-ci ildə regionlarda 450 fərdi ev də tikilərək qeyd olunan kateqoriyadan olan şəxslərə təqdim ediləcək.

U.Mirzəyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilmələrinin dövlət başçısının bu kateqoriyadan olan şəxslərə xüsusi qayğısının daha bir təzahürü olduğunu kimi qeyd edib.

Sonra mənzillərlə təmin olunan şəxslər çıxış edərək, hər zaman hiss etdikləri dövlət qayğısına, habelə bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9500 mənzil və fərdi ev verilib.

Paylaş:
308

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər