Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü - FOTO

S.Xankişiyeva16:17 - 21 / 04 / 2021
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü - FOTO

Dövlət Məşğulluq Agentliyinin vəzifəli şəxsi dünyasını dəyişib.

Trend-in məlumatına görə, Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Q.Həsənov əvvəl “AtaSığorta” şirkətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. O, 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə bu ilin yanvarında təyin edilib.

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər