Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı

Qafar Ağayev10:13 - 21 / 04 / 2021
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-ın verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Paylaş:
473

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər