Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır - TƏBİB

S.Xankişiyeva09:39 - 27 / 04 / 2021
Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır - TƏBİB

Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.

Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.

Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A. Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".

Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər