Nazirlik ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırdı

Qafar Ağayev15:59 - 28 / 04 / 2021
Nazirlik ağacların kəsilməsi ilə bağlı şikayəti araşdırdı

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər