Dövlət Xidmətindən “Whatsapp”la bağlı XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətindən “Whatsapp”la bağlı XƏBƏRDARLIQ

16:21 - 28 / 04 / 2021
Dövlət Xidmətindən “Whatsapp”la bağlı XƏBƏRDARLIQ

Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb. “WhatsApp Pink” tam zərərli bir tətbiqdir. Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır.

1news.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin qeyd edilir ki, “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər