Donanmasını genişləndirən Silk Way West Airlines və Boeing arasında strateji razılaşma imzalanıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Donanmasını genişləndirən Silk Way West Airlines və Boeing arasında strateji razılaşma imzalanıb - FOTO

S.Xankişiyeva16:20 - 28 / 04 / 2021
Donanmasını genişləndirən Silk Way West Airlines və Boeing arasında strateji razılaşma imzalanıb - FOTO

Silk Way West Airlines aviaşirkəti donanmasını genişləndirmək məqsədilə Boeing şirkəti ilə alqı-satqı razılaşması imzalayıb.

Razılaşma 28 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev, Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenberger və Boeing Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilmiş mərasimdə imzalanıb. Bu yatırım Silk Way West Airlines şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addım çərçivəsində baş tutub.

Razılaşmaya əsasən, Silk Way West Airlines şirkəti 2023-2027-ci illərdə beş ən müasir Boeing 777F yük təyyarəsini almağı planlaşdırır.

Qeyd edək ki, Boeing 777F yük təyyarələrinin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir. Boeing 777F hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102 000 kq təşkil edir. Dünyanın ən effektiv və ətraf mühitin qorunması baxımından münasib təyyarəsi olmasını nəzərə alaraq, yeni hava gəmiləri Silk Way West Airlines donanmasının dayanıqlılıq hədəflərinə töhfə verməklə yanaşı, həmçinin xidmət və əməliyyat xərcləri baxımından xüsusilə sərfəli bir seçimdir.

“Dünyanın aparıcı təyyarə istehsalçısı olan Boeing ilə Azərbaycanın tanınan hava yolu yükdaşıma şirkəti Silk Way West Airlines arasında müqavilənin imzalanmasını alqışlayırıq. Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Rəşad Nəbiyev qeyd edib.

“Bu razılaşmanın imzalanması şirkətimizin inkişafı istiqamətində atılan növbəti bir addımdır. Əminəm ki, yeni təyyarələrin alınması və bu layihənin həyata keçirilməsi önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcəkdir”, - deyə Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov bəyan edib.

Öz növbəsində, Boeing Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru cənab Sten Dil qeyd edib ki, Silk Way West Airlines öz şəbəkəsinin coğrafi əhatəsini sürətlə genişləndirməkdədir. “Növbəti 20 il ərzində qlobal hava yolu yükdaşıma bazarının 60%-dən daha çox artacağı gözlənilir və yeni sifariş şirkətin MDB məkanı, Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerikadakı ticarət və elektron kommersiya əməliyyatları üzrə tələbatlara cavab vermə imkanlarını möhkəmləndirəcəkdir. Silk Way West Airlines ilə olan tərəfdaşlığımızdan məmnunuq və bazardakı ən mütərəqqi effektivliyə və tutuma malik olan 777F təyyarəsini şirkətin 747F yük təyyarələrindən ibarət mövcud donanmasına təqdim etmək üçün səbrsizlənirik”.

Anlaşma Silk Way West Airlines şirkətinin qlobal yükdaşıma bazarındakı iddialarını genişləndirməsi üçün yeni bir zəmin yaradacaq, Xəzər dənizi regionunun aparıcı yükdaşıma şirkəti ilə dünyanın ən böyük aerokosmik şirkəti arasında artıq mövcud olan münasibətləri gücləndirəcəkdir.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş Silk Way West Airlines 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

Boeing dünyanın ən böyük aerokosmik şirkətidir və kommersiya təyyarələri, müdafiə, kosmik və təhlükəsizlik sistemləri və qlobal xidmətlərin aparıcı tədarükçüsüdür. Əsas ABŞ ixracatçısı kimi şirkət 150-dən artıq ölkədə hökümət və kommersiya müştərilərini dəstəkləyir, qlobal təchizatçı bazasının istedadlarından yararlanır. Aerokosmik liderlik mirasının təməlini qoymuş Boeing texnologiya və innovasiyalarda öncüllük edir, onları müştərilərinə çatdırır, habelə insanlara və gələcək inkişafa sərmayə qoyur.

Reklam hüququnda

Paylaş:
130

Son xəbərlər

Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıbBu gün, 11:52Hikmət Babaoğlu: “Bu dəfə “BBC News” İlham Əliyev tərəfindən tərksilah edildi” - VİDEOBu gün, 11:39Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub - FOTOBu gün, 11:28Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi - FOTOBu gün, 11:15Bu gün şəhid Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür – FOTOBu gün, 10:51Vətən müharibəsində Ordumuzun məhv etdiyi növbəti düşmən hədəfləri - VİDEOBu gün, 10:45The Sero – “mobil nəslin” fırlanan televizoru – FOTOBu gün, 10:40Bakıda Polad Həşimovun adına park salınır - FOTOBu gün, 10:35Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldıBu gün, 10:25Şuşanın qayıdışına həsr olunmuş möhtəşəm videoçarx - VİDEOBu gün, 10:05Azərbaycanda 7 gün ictimai nəqliyyat işləməyəcəkBu gün, 09:44Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik! – FOTOBu gün, 09:18“Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ07 / 05 / 2021, 22:45Distant təhsilə keçən məktəblərdə əyani təhsil qismən bərpa olunur - TARİX07 / 05 / 2021, 20:02Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb07 / 05 / 2021, 18:10Deputat Prezidentin BBC-yə verdiyi müsahibədən danışdı: “Bu, bizim hər birimiz üçün mükəmməl bir örnəkdir” - VİDEO07 / 05 / 2021, 17:54Bu şəxslər “WhatsApp”dan istifadə edə bilməyəcək - VİDEO07 / 05 / 2021, 17:52“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib07 / 05 / 2021, 17:46Fərari ermənilər - 1580-ə yaxın cinayət işi qaldırlıb07 / 05 / 2021, 17:45Bakının küçə və parklarından birinə Polad Həşimovun adı verildi07 / 05 / 2021, 17:21
Bütün xəbərlər

Next TV