Füzulidə “Köndələnçay-1” su anbarına balıq körpələri buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə “Köndələnçay-1” su anbarına balıq körpələri buraxılıb

S.Xankişiyeva16:55 - 28 / 04 / 2021
Füzulidə “Köndələnçay-1” su anbarına balıq körpələri buraxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonun Qaraməmmədli kəndinətəşkil edilən mediatur çərçivəsində "Köndələnçay-1 su anbarı"na 1500 ədəd balıq körpəsi buraxılıb.

Trend-in məlumatına görə, nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib ki, balıqlardan 1000-i çəkikimilər sinfinə aid olan sazan, 500-ü isə ağ amur balıq körpələridir: "Buraxılan balıq körpələri məhz bu su hövzələri üçün xarakterikdir. Məqsədimiz təbbi artıma dəstək verməkdir. Uzun müddətdir ki, bu ərazilərin ermənilər tərəfindən istismar olunması balıqların nəslinin kəsilməsinə gətirib çıxarıb. Bu kimi tədbirlərin keçirilməsi balıqların artırılmasına səbəb olacaq".

Xidmət rəisi qeyd edib ki, Qarabağ zonasında ən çox çirkləndirilmiş çay Oxçu çayıdır: "Biz digər çaylardan da su nümunələri götürdük. Analizin nəticələrinə əsasən hansı çaylara, hansı su hövzələrinə balıqların buraxılması müəyyənləşib".

F.Əliyev balıq ovu ilə bağlı da əhaliyə çağırış edib. Onun sözlərinə görə, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik. Bu müddətdə balıq ovlanması qadağandır".

Paylaş:
300

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər