Milli Paralimpiya Komitəsinin prezidenti “IBSA”nın idman direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Paralimpiya Komitəsinin prezidenti “IBSA”nın idman direktoru ilə görüşüb

13:39 - 29 / 04 / 2021
Milli Paralimpiya Komitəsinin prezidenti “IBSA”nın idman direktoru ilə görüşüb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK) İlqar Rəhimov, baş katib Kamal Məmmədov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) idman direktoru Yanoş Tardoş arasında görüş baş tutub.

1news.az xəbər verir ki, Milli Paralimpiya Komitəsində keçirilən görüşdə 25-26 may 2021-ci il tarixlərində Bakıda keçiriləcək cüdo idman növü üzrə “IBSA JUDO GRAND PRIX BAKU 2021” yarışlarına hazırlıq barədə müzakirələr aparalıb.

Komitə prezidenti İ.Rəhimov bildirdi ki, belə mötəbər tədbirin yenidən Bakıda baş tutması sevindirici haldır. İ.Rəhimov qeyd etdi ki, Qran-Prinin yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Komitə prezidenti hazırlıq işlərinin yaxın günlərdə tam yekunlaşacağını Y.Tardoşun nəzərinə çatdırdı.

İ.Rəhimov “IBSA JUDO GRAND PRIX BAKU 2021” yarışlarının ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcəyini vurğuladı.

Komitənin baş katibi Kamal Məmmədov görüş zamanı yarışa gələcək qonaqların məskunlaşacağı yer, Qran-Prinin keçiriləcəyi Heydər Əliyev adına İdman və Konsert Kompleksi, eləcə də idmançılar üçün təşkil olunacaq tibbi təsnifata olan hazırılıq barədə məlumat verib.

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının idman direktoru Y.Tardoş Komitə rəhbərliyinə dəvət üçün təşəkkürü bildirib. O, Milli Paralimpiya Komitəsinin IBSA ilə əməkdaşlığını yüksək qiymətlərərək bildirib ki, Qran-Prinin yüksək səviyyədə təşkil olunması üçün təşkilat komitəsinə öz dəstəyini verəcək.

Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Y.Tardoş Bakıda olduğu müddətdə Azərbaycan Cüdo Federasiyası ilə görüşlər keçirəcək, Qran-Prinin keçiriləcəyi Heydər Əliyev adına İdman və Konsert Kompleksindəki hazırlıq prosesi ilə tanış olacaq.

Qeyd edəki, 25-26 may tarixlərində Bakıda keçiriləcək Qran-Pri Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Paylaş:
447

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər