Düşmənə qan udduran 19 yaşlı şəhid Amal Alışanlı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmənə qan udduran 19 yaşlı şəhid Amal Alışanlı - VİDEO

11:42 - 29 / 04 / 2021
Düşmənə qan udduran 19 yaşlı şəhid Amal Alışanlı - VİDEO

44 gün davam edən müharibədə əsl şücaət, qəhrəmanlıq göstərərək 19 yaşında ali-şəhidlik zirvəsinə ucaldı Amal Alışanlı. O, qəhrəmanlığına görə 4 medalla təltif olunub.

Qorxmaz, məğrur idi, kiçik yaşlarından Vətən məhəbbəti hopmuşdu o balaca köksünə. Elə məhbbət ki, böyüyəndə torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır idi.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Yardımlı rayonunda doğulub, kiçik yaşlarında valideynləri ilə birlikdə Şirvan şəhərinə köçmüş Amal Alışanlıdan gedir. XüsusiTəyinatlı Qüvvələrin əsgəri olan Amal hərbi xidmətdən evə qayıtmağa 3 gün qalmış Vətən müharibəsi başladı. Murovdan başlayan ilk döyüş yolu Füzuli, Cəbrayil rayonlarından keçib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 25-də əlaqə saxlayıb. Bir daha ondan xəbər olmayıb. Amal Alışanlı döyüşlərdə silahdaşları ilə birlikdə əsl qəhrəmanlıq göstərib.

Son döyüşü oktyabrın 4-də Cəbrayıl istiqamətində olub. Qanlı savaşda düşmənə qan udduran Amal Alışanlının yaxınlığında mərmi partlayır və aldığı qəlpə yaralarından 19 yaşında Şəhidlik zirvəsinə ucalır.

Şəhidimiz doğulduğu Yardımlı rayonunda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə", Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

1news.az

Paylaş:
386

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər