Bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:44 - 01 / 05 / 2021
Bu günə kimi vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 533 683 təşkil edir.

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər